ABŞ məcburi köçkün gənclərə ingilis dili öyrənməyə kömək edir – FOTO

Səfir Robert Sekuta, xanımı Ənn Sekuta, Nazirlər Kabinetinin numayəndəsi Məhəmməd Quliyevilə birlikdə Zəngilan rayonundan məcburi köçkünlər üçün olan 4 saylı məktəbinin "Bilik Qüvvətdir!" adlı məktəbdənkənar ingilis dili tədris proqramına başlayan 33 şagirdə qoşulub. Milli.Az Trend-ə istinadən bildirir ki, bu proqram Zəngilan gənclərini ingilis dili bilikləri ilə təmin edəcək, yeni təcrübə əldə etmək və qlobal iqtisadiyyatda daha güclü iştirak etmək üçün qapıları açacaqdır. Səfir və xanım Sekuta tələbələrlə ingilis dilli danışıq məşğələsində iştirak etdi və onların məqsəd və istəklərini öyrəndi.

ABŞ Səfirliyi tərəfindən maliyyələşən və Beynəlxalq Təhsil üzrə Amerika Şurası və Azərbaycan Dillər Universiteti tərəfindən idarə olunan "Bilik Qüvvətdir" proqramı məktəbdənkənar təhsil proqramları vasitəsilə az təminatlı məcburi köçkün orta məktəb şagirdlərini ingilis dili biliklərini təmin edir, karyera hazırlığı və etimadını yaratmağa kömək edir. "Bilik Gücdür" proqramına həftədə dörd saatlıq strukturlu, sinif təlimatı və həftədə iki gün təşkil edilən dərslər daxildir. ABŞ Səfirliyi Azərbaycandakı məcburi köçkün cəmiyyətinə dəstək verməyə və bu gənclərə özləri, cəmiyyətləri və Azərbaycan üçün güclü gələcək qurmağa lazım olan təhsil bazasına kömək etməyə sadıqdir.

Birləşmiş Ştatlar 1991-ci ildən Azərbaycanın inkişafına dəstək məqsədilə 1.3 millyard dollar ayırmışdır. Bu məbləğin 125 million dolları Azərbaycan məcburi köçkünlərin icmalarına göstərilən yardım təşkil edir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>