Bakıda restoranda kişi tüstü bacasına düşdü – YENİLƏNİB – VİDEO – FOTO

22:03

Havalandırma sisteminin borusundan restorana oğurluğa girmək istəyən şəxs borunun içində qalıb.

Milli.Az bildirir ki, hadisə paytaxtın Nizami rayonu, metronun ''Koroğlu'' stansiyasının yaxınlığındakı restoranlardan birində baş verib. Səhər saatlarında parkı süpürən qadınlar boğuq səslə ''məni burdan çıxarın'' eşidiblər. Onlar restoranın üstündəki havalandırma borusuna yaxınlaşdıqda bir nəfərin orda köməksiz vəziyyətdə olduğunu görüblər.

Qadınlar dərhal yaxınlıqdakı polisə məlumat verib. Əraziyə polisin köməyi ilə xilasedicilər çağırılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bacada ilişib qalan 30 yaşlı Asif Mehrəliyevi çətinliklə də olsa, ordan çıxarıblar. Zərərçəkən hadisə yerində bildirib ki, onu öldürmək məqsədilə gecədən ora atıblar. Xoşbəxtlikdən həmin vaxt restoran bağlı olduğundan o, sağ qalıb.

Hadisə yerinə gələn təcili tibbi yardım birqadası xəsarət alan həmin şəxsi dərhal xəstəxanaya aparıblar. Ona ilkin yardım edilib hazırda vəziyyəti normaldır. Nizami rayon polis idarəsindən verilən məlumata görə, ilkin ehtimal kimi Asif Mehrəliyev həmin restorana oğurluq məqsədilə daxil olmaq istəyirmiş. Çünki həmin vaxt onun üzərindən vintaçan aşkar edilib. Ehtimallara görə, Asif Mehrəliyev havalandırma sisteminin üzərindəki cihazı açıb boruya özü daxil olub. Polisdən onu da bildirdilər ki, faktla bağlı onun barəsində rayon polis idarəsinin istintaq şöbəsində oğurluğa cəhd və polisə bilərəkdən yalan məlumat vermə maddəsi ilə cinayət işi başlanacaq. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda restoranda kişi tüstü bacasına düşdü 

———-

10:22

"Koroğlu" metrosunun çıxışındakı "Alov" restoranında faciə baş verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, naməlum şəxs restoranın tüstü bacasına girib. Onun buraya necə girməsi və ya düşməsi barədə heç bir məlumat yoxdur.

Hadisə yerinə dərhal FHN və polis əməkdaşları cəlb edilib. Tüstü bacasına düşən şəxs çıxarılıb və əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin yardım göstərilib. Sonra isə təcili yardım maşını ilə ərazidən uzaqlaşdırılıb. O, adının Asif olduğunu bildirsə də, hadisə yerində olan polislər bu məlumatı təkzib ediblər.

Adının Asif olduğunu deyən şəxs gecə 02:00 radələrində onun başqa şəxslər tərəfindən tüstü bacasına atıldığını bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Naməlum şəxs restoranın tüstü bacasına düşüb

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>