Avropa qaçqınlara insan kimi baxmır -

Avropa miqrasiya böhranında "səmimi mərhəmətsiz" siyasət yeridib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı "Amnesti İnterneşnl" təşkilatının hesabatında yer alıb.

"Varlı ölkələrin liderlərinin ümumbəşəri qaçqın böhranına yanaşmaları əvvəlki kimi yalnız sözlərdən və səmimi mərhəmətsizlikdən ibarət olub. Onlar qaçqınlara insan kimi yox, qaçılması gərək olan problem kimi baxıblar. Avropa liderlərinin böyük hissəsi miqrasiyanın qanuni və təhlükəsiz şəkildə həllinə hazır olmadığına görə qərara gəldilər ki, qaçqınları öz sərhədlərindən uzaqda saxlasınlar. Bu cür yanaşmanın qaçılmaz təsirlərini Liviyada görmək mümkündür", – deyə hesabatda bildirilib.

Təşkilat həmçinin Suriya böhranında bütün konflikt tərəflərinin hərbi cinayətlərdə, insan haqlarının pozulmasında iştirak etdiyini vurğulayıb. Hesabatda Suriyada ölənlərin sayının 400 minə, qaçqınların sayının isə 11 milyona çatdığı bildirilib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>