Rəqsləri ilə soyqırım qurbanlarını andılar – FOTO

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində  (BXA) Xocalı soyqırımının  26-cı il dönümünə həsr olunmuş tədbir keçirilib.

BXA-dan Milli.Az-a verilən məlumata görə, anım tədbiri dövlət himninin səslənməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, professor Timuçin Əfəndiyev Xocalı faciəsi haqqında danışaraq, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirlidiyini, girov götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib: "Xocalı soyqırımı Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir,"- deyə professor qeyd edib. 

Daha sonra Akademiyanın tam orta məktəbinin şagirdləri, orta ixtisas (kollec) pilləsinin və bakalavr, magistr pilləsinin tələbələri tərəfindən Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirib, "Ağla, Şuşam ağla!" və "Qərənfil" milli rəqslərini, "İki qəlbin dastanı" baletini ifa ediblər.
 

Ardınca Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Leonid Markoviç Kraveçin iştirakı ilə Ukraynada yaşayan azərbaycanlıların birləşmiş diaspor təşkilatının Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub. Tədbirin sonunda BX tələbələrinin Xocalı qətliamından bəhs edən rəsm əsərlərinin sərgisi olub.

Zərif Nisə

Milli.Az
 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>