Makedoniyalı siyasətçi: “Xocalı soyqırımı Ermənistana ləkədir”

Türk Hərəkatı Partiyasının rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim və Şimali Kipr Türk Cümhuriyyətinin parlamentinin sədr müavini Zorlu Törə Xocalı soyqırımı ilə bağlı açıqlama veriblər.

Bu barədə məlumatı Milli.Az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

"Xocalı soyqırımının beynəlxalq arenada tanıdılmasına nail olmalıyıq.  Düzdür, Azərbaycan dövləti bu istiqamətdə xeyli işlər görüb. Xüsusilə bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanımaq haqda qərar çıxarıblar. Bunun özü Ermənistan hakimiyyətinin 1992-ci ildə törətdiyi dəhşətli soyqırım cinayətinə hüquqi qiymət vermək üçün baza yaradır. Gec-tez dünya birliyi Ermənistanın bu əməlinə qiymət verəcək. Azərbaycan diplomatiyası fəallığını itirməməlidir" – deyə Enes İbrahim bildirib.

"Xocalı qətlimatını lənətliyirik"

Bu fikirləri isə Şimali Kipr Türk Cümhuriyyətinin parlamentinin sədr müavini Zorlu Törə deyib.
"Xocalı hadisəsi ilə bağlı İstanbulda Yeni Yüz il Universitetində təşkil edilən tədbirdə duyğusal anlar yaşadıq. Orada çıxış edərək, ermənilərin vəhşəliyinin əsla əfv edilə bilməyəcəyini bəyan etdim. Mütləq Dağlıq Qarabağ Azərbaycana yenidən qaytarılmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>