“Seçkilərdən sonra Qarabağla bağlı danışıqlar intensivləşdiriləcək”

"Hesab edirəm ki, seçkilərdən sonra bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar intensivləşdiriləcək".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, danışıqlar əvvəlki kimi Madrid prinsipləri əsasında aparılacaq.

Politoloq 2016-cı ilin sonunda danışıqların, demək olar ki, nəticə verdiyini bildirib: "Nikbinlik çox böyük idi, lakin çıxış yolu tapılmadı. Bu danışıqlara qayıtmaq olduqca vacibdir. 2016-cı ildə danışıqların alınmamasına radikal erməni diasporunun təzyiqi səbəb oldu. Belə ki, onlar Ermənistan üzərindəki təsir qüvvələrini itirəcəklərindən qorxurdular".

S.Markovun sözlərinə görə, ATƏT-in Minsk qrupunda aparıcı rolu Rusiya oynayır: "ABŞ və Fransa bu formatda Rusiya ilə münaqişə yaşamır, hərçənd başqa məsələlərdə gərginlik var. Bu, ABŞ və Fransanın belə sülhsevər təşəbbüsləri dəstəklədiyi xüsusi unikal haldır".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>