ADGTT dünya turuna hazırlaşır…

Bu il özünün 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrı 2018-ci il fevral ayının 27-dən mart ayının 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçiriləcək VIII Beynəlxalq Monodram tamaşalar festivalında və martın 3-dən 8-dək Hindistanda keçiriləcək VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edəcək. VIII Beynəlxalq Dünya Teatr Olimpiadası təşkilatçılarının dəvəti ilə qastrol səfərinə yollanan kollektiv səfər çərçivəsində T. Vəliyevanın "Cəza" (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Tamaşa fevral ayının 27-dən martın 2-dək BƏƏ-nin Əl Füceyra şəhərində və 2018-ci ilin martın 3-dən 8-dək Hindistan Respublikasının Dehli və Kəlkütə şəhərlərində nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin 18 may 2009-cu ildə imzaladığı "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"na uyğun olaraq yeni Azərbaycan teatr sənətinin dünyaya inteqrasiya edilməsi həm də teatr mədəniyyətimizin hərtərəfli təbliği ilə bağlıdır. Teatr sahəsində bu siyasətin həyata keçirilməsində ADGTT hər zaman fəaliyyətini günün tələblərinə uyğun qurmağa çalışmışdır. Son illər ərzində ADGTT Azərbaycan teatr sənətini xaricdə ən çox təbliğ edən kollektivlər sırasındadır. Nəzərdə tutulan dünya turu da məhz Azərbaycan teatrının dünyada tanıdılması siyasətinə xidmət edir.

Yola saldığımız 2017-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dünyanın 14 ölkəsində keçirilmiş beynəlxalq teatr festivallarında və qarşılıqlı qastrol mübadiləsi yolu ilə müxtəlif tamaşalarla ölkəmizi uğurla təmsil etmişdir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>