Azərbaycanda gənc qız oğurlanıb asıldı -

18:02

Oğurlanaraq asılan Çiçəyin bibisi verilişin əməkdaşlarına yayım davam edərkən anonim zəng gələrək "Sizi öldürəcəyik" deyildiyi xəbərini verib.

———

17:38

Bu gün Naftalandan "Səni axtarıram"a qatılan bir ailə böyük bir təhdidlə qarşı-qarşıya qaldıqlarını deyib.

Milli.Az xəbər verir ki, qadın qızının adını açıqlamaq istəmədiyi bir qrup şəxs tərəfindən oğurlanaraq döyüldükdən sonra şalvarının qayışı ilə asıldığını deyib. Ana hadisə yerinə çatanda qayışın qızının ağırlığına dözməyərək qırıldığını, qızın iki gün komada olduğunu qorxu içində anladıb.

Ailə qızını bu hala salan şəxslərin onları "Nəslinizi qıracayıq" sözləri ilə ölümlə təhdid etdiklərini deyib.

Qızın anası bu olayın qızın əmisi ilə əlaqədər olduğunu qeyd edib. Əmisinin də vaxtı ilə həmin şəxslər tərəfindən asılaraq öldürüldüyünü sözlərinə əlavə edib.

Qadının dedikləri hər kəsi dəhşətə gətirib.

Asılan gənc qızı da kamera qarşısına çıxarıblar. Qızın canlı yayımda dili qatlanıb. Hadisənin şokundan ayılmayan studiyadakılar qızın ayılmağına kömək ediblər. 

Verilişdən həmin dəhşətli kadrları təqdim edirik:

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda gənc qız oğurlanıb asıldı - Nəslimizi qıracaqlar - 1

Azərbaycanda gənc qız oğurlanıb asıldı - Nəslimizi qıracaqlar

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>