Yalnız 3 gün “Fey-Feeriya” və “Pepee – sevmək zamanı” tamaşalarına biletlər 25 % endirim olacaq

Yalnız 3 gün, fevralın 24-25-26, saat 10:00-dan 22:00-a kimi "Fey-Feeriya" ("Pərilər aləmi – pərilər") və "Pepee – sevmək zamanı" 30 manatdan çox olan biletlərinə 25 % endirim olacaq! Biletlər məhduddur və hədiyyəlidir.

Biletləri sifariş etmək üçün +994 50 3549054, +994 77 3549054 WhatsApp +994 77 3549052

İlk dəfə olaraq martın 3-də Bakıda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Fey-Feeriya" ("Pərilər aləmi – pərilər") adlı musiqili şou keçiriləcək.

Şou balaca qızlarımız üçün çox gözəl 8 Mart hədiyyəsi olacaq. Əyləncə gecəsi məşhur Vinks pərilərinin qonağı olacaq! Hər bir qız orada olmağı arzu edir! Sevimli Vinks pərilərinin iştirakı ilə interaktiv tamaşa uşaqlara sehr, dostluq, şənlik və maraqlı macərlarla dolu mühit bəxş edəcək. Gənc pərilər tamaşa iştirakçılarına sehrbazlığın sirlərini açacaqlar və ən sevimli mahnıları ifa edəcəklər. Lakin hər bir əyləncə gecəsində olduğu kimi, sürprizlərsiz də ötüşməyəcək. Zalım Triks cadugərləri bayramı bütün vasitələrlər korlamağa çalışacaqlar. Lakin nahaq yerə. Gözəl pərilər gənc tamaşaçıların köməkliyi ilə zərbəni layiqincə dəf edəcəklər və şər cəzalandırılacaq! Hərarətli Vinks altılığı ilə birlikdə yıxılana qədər oynamaq və oxumaq mümkün olacaq.

Tamaşaya biletləri https://iticket.az/events/fey-feerija saytında əldə etmək olar.

Akademik Milli Dram Teatrında Novruz bayramı ərəfəsində 17 martda "Pepee – Sevmek Zamanı" musiqili interaktiv yeni tamaşa göstəriləcək. Pepee addım-addım Anadolunu gəzir, Kapadokya, Göbeklitepe və Nemruta macəralı bir yolçuluğa başlayır. Türkiyənin ilk Milli Çizgi Filmi qəhrəmanı Pepee uşaqların inkişafında pay sahibi olaraq, eyni zamanda mahnı və türkülərlə əyləndirməyə davam edir. Tam yeni Pepee mahnıları ilə "Sevmek Zamanı" tamaşasında Pepeecilərlə görüşə gəlir. Təkcə uşaqların deyil, 7-dən 70-ə hərkəsin dünyasının sevgi dolu bir parçasına çevrilən Pepee, mahnılı, türkülü və əyləncəli oyunları ilə uşaqlara və uşaqlığı üçün darıxanlara unudulmaz bir tamaşa göstərir.

Tamaşaya biletləri https://iticket.az/events/pepee-sevmek-zamani saytında əldə etmək olar.

Pulsuz çatdırılma üçün  (077) 600 00 60 telefon nömrəsinə zəng etmək kifayətdir.  Bilet sifarişi və əlavə məlumat üçün telefon nömrəsi: (050) 3549054.

İnformasiya dəstəyi – Trend.az, Day.Az, Milli.Az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Только 3 дня - билеты на

Только 3 дня - билеты на

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>