Səfir: “ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi üçün bir sıra proqramlar hazırlayır”

"ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi üçün bir sıra proqramlar hazırlayır".

Milli.Az xəbər verir ki, bunu Trend-in sualına cavabında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfirin sözlərinə görə, Azərbaycanla ABŞ arasındakı ikitərəfli əməkdaşlığın üç əsas istiqaməti – iqtisadiyyat, (o cümlədən enerji), təhlükəsizlik, qanun və demokratiyanın aliliyi məsələləri mövcuddur: "2017-ci ilin oktyabrında ABŞ-dan Azərbaycana ikitərəfli münasibətlər tarixində ən iri ticarət missiyası gəlib. ABŞ "Cənub Qaz Dəhlizi" layihəsini və Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunu fəal şəkildə dəstəkləyir".

R.Sekuta onu da əlavə edib ki, iki ölkə təhlükəsizlik sahəsində də əməkdaşlıq edir və Azərbaycan ABŞ-ın Əfqanıstan siyasətinə böyük dəstək verir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>