Səfir: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işi davam etdirəcək” – YENİLƏNİB

15:29

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı işi davam etdirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R.Sekuta qeyd edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ATƏT-in Minsk qrupunun işinə fokuslanmağa davam edəcəyik".

ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-ın fəallığından danışan diplomat bildirib ki, bir müddət əvvəl həmsədrlər, o cümlədən Minsk qrupunun amerikalı həmsədri regiona səfər etdi və Azərbaycanda rəsmi şəxslərlə, həmçinin Masazırda yaşayan məcburi köçkünlərlə görüşlər keçirdi.

Səfir əlavə edib ki, bütün bu görüşlərin məqsədi mürəkkəb vəziyyətdən çıxış yollarını axtarmaqdır: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir. Bizim əsas vəzifələrimizdən biri münaqişə tərəflərini kompromissə gətirməkdir".

———

14:28

"ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı işi davam etdirəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>