“Onu yaxınlarının yalvarışlarına görə bağışlayıram” – Xoşqədəm

Xəbər verdiyimiz kimi, Xoşqədəm Hidayətqızı onu tənqid edən izləyicilərini məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı transseksual Nura Paşayevanın paylaşımını yenidən İnstaqram səhifəsində yayımlayaraq ondan üzr istədiyini bildirib:

"Məni tanıyanlar bilir ki, tənqidi normal qarşılayıram. Amma tənqidlə təhqiri səhv saldınsa, bax, o zaman gözüm heç nəyi görmür. Üç gün əvvəl özümə bir qərar verdim: özümə və ailəmə təhqir gördümsə, hüquqi müstəvidə mübarizə aparacam. Artıq bəzilərinə qarşı başlamışam. 

Dünəndən bu şəxslər məndən üzr istəyirlər ki, profilimiz oğurlanıb, yazılanlardan xəbərimiz yoxdur. Bilmirəm gülüm, yoxsa ağlayım. Bu xanım isə deyir ki, bir sözdür də yazdım, indi də üzr istəyirəm. Bibisi oğlu və bəzi dost-tanışları xahiş etdi ki, bağışla. Səhifəsində bu paylaşımı etdikdən sonra bağışlamaq qərarına gəldim. Deyir, sizi təhqir etdiyim üçün millət məni söyür. Bu paylaşımı ona görə edirəm ki, bəzi danışığını bilməyənlər yerini və hüququnu anlasın. Məni sevməyə bilərsən. Ona görə də qərarım heç bir təhqirə göz yummamaqdır. Bu xanımı isə özünün və yaxınlarının yalvarışlarına görə bağışlayıram".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>