Həmyerlisini qətlə yetirən şəxsə 20 il HƏBS

Gəncə şəhərində həmyerlisini qətlə yetirən şəxs 20 il müddətinə azadlıqdan mərhum edilib. 

Milli.Az report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə, Alıyev Sakit Tofiq oğlunu qətlə yetirən, Namazov Arzu Ziyad oğlunun və Mürsəlov Elşən Zirəddin oğlunun məhkəməsi keçirilib.

Hakim Zabil Qasımov sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxs A.Namazov 2017-ci il 1 may tarixdə, saat 23 radələrində, sərxoş vəziyyətdə tanışı Elşən Mürsəlovun idarə etdiyi avtomobillə şəhərin Kəpəz rayonu, Məhsəti qəsəbəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq Alıyev Sakit Tofiq oğlunun idarə etdiyi 21 BX 026 dövlət qeydiyyat nömrə nişanlı, Nissan "X-Trail" markalı avtomobilin hərəkətinə maneə törədib. 

S.Alıyev yaxınlaşaraq avtomobili təhlükəli idarə edib qəza şəraiti yaratması barədə E. Mürsəlova iradını bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. S.Alıyev baş vermiş hadisə barədə polisə müraciət edəcəyini bildirib. Bu sözlərdən hiddətlənən E.Mürsəlov və onun sərnişini A.Namazov S.Alıyevə  hücum edərək onu döyüblər. Sonra A.Namazov üzərində gəzdirdiyi bıçaqla S.Alıyevi bıçaqlayaraq qətlə yetirib. 

Keçirlən məhkəmədə Mürsəlov Elşən Zirəddin oğlu ilə birlikdə bir qrup şəxs halında Sakit Alıyevi xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, şəxslərə höküm oxunaraq, Namazov Arzu Ziyad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (Qəsdən adam öldürmə), 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək 20 il, Mürsəlov Elşən Zirəddin oğlu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.2.1-ci (Bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə)maddələri ilə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>