“Samsung” dünyanın ən güclü planşetini buraxacaq

"GFXBench" xidmətinin məlumat bazasında Cənubi Koreyanın "Samsung Electronics" şirkətinin yeni "Galaxy Tab S4" planşetinin texniki xüsusiyyətləri açıqlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cihaz yüksək məhsuldarlığa malik olacaq və bu xüsusiyyət onu dünyada ən güclü planşetə çevirəcək.
"GFXBench"də cihaz "SM-T835" kod adı altında nümayiş etdirilir. Söhbətin "Samsung Galaxy Tab S4" planşetindən getdiyini anlamaq çətin deyil. Çünki əvvəlki model burada "SM-T825" kimi işarələnmişdi.
 
Bu modelə həsr edilmiş bölmədə deyilir ki, planşet 2560х1600  piksel genişlənməyə malik, 10,5 düym həcmli AMOLED ekrana malik olacaq. Planşetin "Qualcomm Snapdragon 835" çipseti ilə təchiz ediləcəyi, 4 Gb əməliyyat yaddaşına və 64 Gb əlavə yaddaşa malik olacağı bildirilir.
 
Cihaz 12 və 8 meqapiksel həcmində 2 kameraya malik olacaq və "Android 8.0 Oreo" əməliyyat sistemi ilə çalışacaq.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>