3D printerlə xəstənin döş qəfəsi bərpa edilib

Britaniyanın Suonsi şəhərində yerləşən Morrison xəstəxanasının həkimləri "3D" printerin köməyi ilə xəstənin döş qəfəsini bərpa ediblər. Xərçəng şişi səbəbindən 71 yaşlı Piter Meqqzin döş sümüyünün yarısı və üç qabırğasını kəsib tullamaq lazım gəlib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bir qayda olaraq, cərrahlar belə hallarda əməliyyat zamanı protezi tibbi sementdən hazırlayırlar, amma "3D" çap texnologiyası titan ərintisindən implant düzəltməyə və əməliyyat vaxtını 2 saat azaltmağa imkan verib. Protezin düzəldilməsi zamanı Meqqzin döş qəfəsinin kompüter tomoqrafiyasından istifadə edilib. Bu, Britaniyada bu cür protezlərin çap edilməsi ilə bağlı ilk hallardan biridir.
 
Həkimlərin sözlərinə görə, 8 saat davam edən əməliyyat zamanı implant mükəmməl alınıb və onlar gələcəkdə də belə protezlərin tətbiqini planlaşdırırlar.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>