Qaxda dava:

Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Nüsrət Hilal oğlu Əliyev bıçaqlanma xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, N. Əliyevə döş qəfəsinin sol hissəsinin kəsilmiş-deşilən, lakin daxilə nüfuz etməyən bıçaq yarası dioqnozu qoyulub. Onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.

Şahidlər bildiriblər ki, hadisə bu gün saat 16:00 radələrində Qax şəhərinin Nizamı adına Mədəniyyət və İstirahət Parkının qarşısında baş verib. Rufiq adlı şəxs parkın qarşısında N. Əliyevin atası Hilal Əliyev ilə mübahisə edib və onu təhqir edib. Hadisəni görən N. Əliyev həmin şəxsdən atasını təhqir etməməsini istəyib. Rufiq əlində olan bıçaqla Nüsrətə bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb. Keçirilmiş tədbirlər nəticəsində o, saxlanılıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>