“Yoldaşımın yaxın qohumu idi” – Namus üstündə cinayət törədən baytar – VİDEO – FOTO

"Qardaşım evləndi, amma toyun səhəri günü maşın üstündən keçib öldürdü".

Milli.Az bildirir ki, ARB TV-nin "Rezonans" verilişində bu dəfə məhbus Murad Mustafayevin həbsxana hekayələrindən bəhs olunub.

Murad Mustafayev (cəzası 10 il): "İxtisasca baytaram. Ağsuda doğulub, Zaqatalada yaşayırdım. 2014-cü ildə cinayət törətmişəm. Şəxsiyyətə toxunan hərəkətlər etdiyi üçün həmin cinayəti törətdim. Bu məsələnin belə olmasını istəmirdim. Amma məni məcbur etdi. Ailəmə narahatçılıq verirdi. Mən Qazaxda işləyirdim. Bir gün gələndə bunu gördüm, normal söhbət etmək istədim, söyməyə başladı. Keçdim evə ki, sakitləşsin ortalıq, amma bu evə hücum elədi. Bıçağı əlimə alıb birin qolundan vurdum. Artıq daha çox söyməyə başladı. Sakitləşmədiyi üçün, ürəyindən də birin vurdum. Ağsuya getdim və polisə təslim oldum. Həmin adam həyat yoldaşımın yaxın qohumu idi. Ailəsi çox yaxşıdır, özü də evlidir. Mən istəməzdim belə olsun. Qardaşı, atası başa düşürdü ki, o, səhv hərəkət edib. Amma yenə də özümə haqq qazandırmıram. Atam və anam məndən üz çevirib. 4 ildir ki, mənimlə danışmırlar. Elədiyim hərəkətin səhv olduğu üçün məndən imtina ediblər. Qardaşım evləndi, amma toyun səhəri günü maşın üstündən keçib öldürdü. Bir il sonra evimiz yandı və atamın qolları yandı. Atam və anamdan istəyim odur ki, məni bağışlayıb, halallıq versinlər. Həmin cinayəti 8 Mart günü etmişdim. Onunla qapı qonşu olmuşuq. İnşallah çıxandan sonra orada yaşamayacam. Çünki yenidən söz-söhbət yarana bilər. Çox peşmanam".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>