İsrail “erməni soyqırımını” tanımaqdan imtina edib

Bu gün İsrail Knesseti qondarma "erməni soyqırımı"nın  tanınması ilə bağlı qanun layihəsini rədd edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Jerusalem post" xəbər verib.

"Knesset "Yeş Atid" partiyasının sədri Yair Lapidin irəli sürdüyü  erməni soyqırımı  layihəsini rədd edib", məlumatda deyilir.

İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bəyan edib ki, "soyqırımı"na həsr edilmiş tədbirlərdə iştirak etmək üçün 2015-ci ildə İrəvana nümayəndə heyəti göndərilsə də, məsələnin son dərəcə siyasi xarakter daşıdığını və diplomatik fəsadlara gətirib çıxaracağını nəzərə alaraq İsrail adıçəkilən məsələ ilə bağlı rəsmi mövqe tutmayacaq. 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>