Flora Kərimova illər sonra sirləri açdı: “Tabut dalınca gedib ailə qurmuşam” – FOTO

Xalq artisti Flora Kərimova ailə həyatından danışıb.

Milli.Az-a açıqlama verən sənətkar ailənin qadın üçün vacibliyini vurğulayıb.

"Elə-belə ailə həyatı qurmamışam, mənə görə mübarizə aparıblar. Məni ailə qurmağa məcbur ediblər. Yanılmamışam da. Onlar mənə həyat yoldaşları yox, yol yoldaşları olub. Düşündüyüm, arzuladığım insanların həyat yoldaşı olmuşam. Harınlıqdan yox, tabut dalınca gedib ailə qurmuşam. Qadın ailəsi olmayanda yiyəsiz olur. Nə qədər qüdrətli olursan ol, sənin arxanda həyat yoldaşın yoxdursa, qadın dəyərini itirir. Çünki cəmiyyət ona basqı edir. Mən həyat yoldaşı kimi xoşbəxt olmuşam, amma qadın olaraq bunu deyə bilmərəm", – xalq artisti bildirib.

Qeyd edək ki, Flora Kərimova iki dəfə nikahda olub. Onun ikinci evliliyindən Zümrüd adlı qızı dünyaya gəlib.

Əli Rəhimoğlu

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>