Atasının ölümündən sarsılan Damla: “Bunu heç vaxt özümə bağışlamayacam”

Qəfildən atasını itirən Damla hələ də sarsıntı içində olduğunu deyir.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən Damlanın sözlərinə görə, atası son nəfəsində ona zəng edib:

"Toydaydım, qəfildən zəng etdilər ki, atanın vəziyyəti ağırdır, tez özünü çatdır. Toyu yarımçıq qoyub evə qaçdım. Amma məni qorxutmamaq üçün belə deyiblər. Demə, atam artıq dünyadan köçübmüş. Son nəfəsində onun yanında ola bilmədim. Buna görə özümü çox günahkar hiss edirəm. Rəhmətə gedəndən sonra onun telefonuna baxdım, gördüm ki, atam son nəfəsində mənə zəng edib. Halı o qədər pis olub ki, bir sıfır əvəzinə, iki sıfır yığıb. Buna görə də mənimlə əlaqə qura bilməyib. Bunu heç vaxt özümə bağışlamayacam. Ömrüm boyu məni yanıdıracaq ki, görəsən, atam son nəfəsində mənə nə deyəcəkdi? Niyə onunla danışa bilmədim. Övlad üçün yaxşı ata itkisi çox ağırdır".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>