3,5 milyon suriyalı Türkiyədə -

Türkiyədən Yunanıstana keçmək istəyən miqrantların olduğu rezin qayıq Egey dənizində aşıb.

Qayıqdakı 8 miqrantdan üçü boğulub həlak olub, 4 nəfər itkin düşüb. Bir miqrantın Yunanıstana çatdığı deyilir.

Milli.Az European-a istinadən bildirir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar Nazirliyinin (Afet ve Acil Durum Yönetimi Başkanlığı, AFAD) yaydıığı rəsmi açıqlamada belə deyilir.

Dəniz dalğaları batanlardan birinin cəsədini Türkiyə sahillərinə vurub. Həmin şəxs 6 yaşlı oğlandır.

Miqrantların Suriyadan olduqları vurğulanır.

Hazırda Türkiyədə sığınacaq tapmış suriyalı qaçqınların sayı 3,506 milyon nəfərə çatıb. Bu isə Suriyada müharibə başlayandan bəri ölkədən qaçanların yarısıdır.

BMT Türkiyəni ən çox qaçqın qəbul etmiş ölkə, UNİCEF isə ən çox qaçqın uşaq yaşayan ölkə elan edib.

Türkiyə ölkədə sığınacaq tapmış suriyalı qaçqınlara indiyədək 30,285 milyard dollar xərcləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>