Təyyarə qəzasının gizlini -

Rusiyanın "Saratovskie Avialinii" avaişirkətinin Moskva vilayətində qəzaya uğramış An-148 təyyarəsinin səirnişinləri arasında 33 yaşlı ekstrasens İlya Stavitski də vardı.

Milli.Az European-a istinadən bildirir ki, Qaysk dağ-mədən kombinatının direktoru Gennadi Stavskinin oğlu olan İ.Stavski əvvəllər Ural dağ-mədən kombinatında mühəndis işləyib, sonra isə ekstrasensliklə məşğul olmağa başlayıb.

Uralda məşhur olan ekstrsens uçuşdan bir gün əvvəl evindəki "magiyalı kürə"də başına iş gələcəyi barədə xəbərdarlıq görübmüş.

"İlya narahat oldu. O, "kürə mənə çöllükdə çoxlu polis göstərir" dedi. Amma kürənin xəbərdarlığını İlya yanlış anladı, ad günündə problem yarana biləcəyini düşündü. Dedi ki, ad günün sakit, səs-küysüz keçirəcək. Halbuki kürə ona təyyarə qəzası ilə bağlı xəbərdarlıq edibmiş. Qəza yerinə getmişdim. Orada, həqiqətən də, çoxlu polis vardı", – İlya Stavitskinin nişanlısı söyləyib.

Xatırladaq ki, fevralın 11-də An-148 təyyarəsi Moskvadakı Domodedovo hava limanından səmaya qalxandan 36 dəqiqə sonra yerə düşüb. Təyyarədəki 65 sərnişin və 6 nəfərlik heyətin hamısı həlak olublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>