Akif Əlizadə mövzuları geri qaytarmalarının SƏBƏBİNİ açıqladı


Elmi tədqiqat institutlarının direktorları elmə həvəsi olan gəncləri stimullaşdırmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışında deyib.

A.Əlizadə 1 ay əvvəl elan etdikləri müsabiqəyə eyni mövzuda olan layihələrin nəticələrindən narazı qaldığını da açıqlayıb:

"Akademiyanın özünün maliyyəsinin bir o qədər də çox olmadığı dövrdə elmi-texniki proqramlar üzrə respublika müsabiqəsi elan etdik. Əfsuslar olsun ki, 70-dən artıq layihə təqdim olunub, onlardan yalnız 16-sı ekspertizadan keçib. Ümumilikdə layihələr təkrar mövzular üzrə olub. Müsabiqəyə təqdim olunan layihələr o qədər innovativ olmalıdır ki, biz ona maliyyə ayıraq. Ona görə də bütün mövzuları geri qaytarırıq".

O əlavə edib ki, bölmələr özü seçim etməlidirlər: "Akademiya maksimum 10-12 proqramı maliyyələşdirə biləcək. O proqramların arxasında da böyük elmi əsaslandırma olmalıdır. Burada elə yeni istiqamət olmalıdır ki, onlar gələcək elmə töhfə versinlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>