Şok kadrlar: səmada təyyarənin

ABŞ-ın "United Airlines" aviaşirkətinin UA1175 reysi ilə San-Fransisko şəhərindən Havay adalarının paytaxtı Honoluluya uçan Boeing 777 təyyarəsində insident yaşanıb.

Milli.Az CBS-ə istinadən bildirir ki, Boeing 777 təyyarəsi Honolulu hava limanından 36 dəqiqəlik məsafədə olanda onun sağ mühərrikindən parçalar qopmağa başlayıb.

Təyyarədə olan sərnişinlərdən biri, "Google UX" şirkətinin əməkdaşı Erik Həddad Twitter-dəki profilində olayın videogörüntülərini paylaşaraq yazıb: "Bu, çox təhlükəli və pis hadisə idi".

Təyyarə Honolulu hava limanına uğurla enib.

Enişdən dərhal sonra Boeing-ə xilasedicilər, texniki xidmət servisinin əməkdaşları və yanğınsöndürənlər üz tutublar.

"United Airlines" olayı təsdiqləyib və mühərrikin qapağının səmada qopub düşdüyünü bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Пассажиры United Airlines сняли на видео, как развалился двигатель

Пассажиры United Airlines сняли на видео, как развалился двигатель

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>