“Qızla nəsə yaşamaq mənim üçün başağrısıdır” – Çingiz Mustafayev – VİDEO – FOTO

Milli.Az bildirir ki, ARB Ulduz-un "Virtual Həyat" proqramının növbəti müsahibi müğənni Çingiz Mustafayev olub.

"Sən" adlanan yeni klipində xanım tərəf müqabili seçməyən müğənni, qrupu ilə bərabər kamera önünə keçib:

"Kimlərsə baxımlı olsun, gündəm yaratsın deyə klipdə qızları çəkir. Bu, siyasətdir. Klipdə gözəl bir qız varsa, mahnı artıq ikinci planda qalır. İzləyici klipə baxmır, həmin qıza baxır. Mən istəmirəm ki, mahnım ikinci dərəcəli olsun.

Klipdə qız çəkmək, onunla nəsə yaşamaq mənim üçün başağrısıdır. Mən rahatlıq sevən insanam. İstəmirəm ki, artıq-əskik danışsınlar. Sözsüz ki, artıq danışmaları məni narahat etmir, ancaq belə halda başım sakit olur".

Çingiz bu gün ətrafında kifayət qədər xanım fanatın var? Tarkan kimi sən də öz fanatınla evlənərsənmi?

"Nəinki fanatımla, insan düşməni ilə belə evlənə bilər. Ən sevmədiyi adamla belə evlənə bilər. Təcrübəmə əsalanaraq deyirəm ki, hansısa məclisdə bir oğlan xoşuma gəlməyib. Mənfi enerjisi olub. Ancaq müəyyən zaman ötdükdən sonra biz dost, qardaş olmuşuq. Eynilə qız-oğlan münasibətində də bu cür ola bilər".

Çingiz Mustafayevlə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>