Allahşükür Paşazadə: “Dindarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir”

"Xalq, cəmiyyət yekdillikdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə prezident seçikiləri ilə bağlı Azərbaycan dindarlarının toplantısında deyib.

A.Paşazadə bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində böyük uğurlar əldə edilib.

Şeyxülislam vurğulayıb ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanda dindarlar üçün hər cür şərait yaradıb:

"Ona görə də öz növbəmizdə biz dindarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik. Bütün dindarları İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq. Bir Azərbaycan vətəndaşı kimi bunu yerinə yetirməyə borcluyuq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>