Yol polisi Astarada reyd keçirib

Astara rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən istismar müddəti bitmiş və texniki cəhətdən nasaz idarə olunan nəqliyyat vasitələrinə qarşı reyd keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, reyd əsasən rayonun Siyəkü və Vaqo kənd yollarında, eyni zamanda Ələt-Astara avtomobil yolunun 219-cu km-də baş tutub.

Bir neçə saat davam edən yoxlamalar zamanı 50-ə yaxın sürücü məsuliyyətə cəlb edilib.

Reyddə texniki cəhətdən nasaz, əlavə avadanlıqlar quraşdıran, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər müəyyən olunaraq barələrində tədbir görülüb. Avtomobilləri isə cərimə meydançasına aparılıb.

Yollarda sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən bu kimi reydlər bundan sonra da davam etdiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>