Avropa Liqası “səssiz” qayıtdı

Avrokuboklarda fasilə başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,klub miqyasında qitənin futbol həyəcanına Avropa Liqası ilə yenidən start verilib. İkinci dərəcəli klub turnirində 1/16 final mərhələsi başlayıb. Bu gün cəmi 1 qarşılaşma baş tutub.

Moskva MOİK-i günün yeganə matçında "Srvena Zvezda"nın qonağı olub. Çempionlar Liqasında "Mançester Yunayted", "Bazel" və "Benfika" ilə birgə yer aldığı qrupda 3-cü yeri tutaraq Avroliqaya yollanan rusiyalılar səfərdən sərfəli qolsuz heç-heçə ilə dönüb.

1/16 final mərhələsinin digər 15 oyunu fevralın 15-də keçiriləcək.

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyun

13 fevral

"Srvena Zvezda" (Serbiya) – MOİK (Moskva, Rusiya) – 0:0

Baş hakim: Pavel Raçkovski (Polşa)

"Rayko Mitiç" stadionu, Belqrad

"Srvena Zvezda": Stoykoviç, Saviç, Le Talek, Rodiç, Donald, Joviçiç, Krstiçiç, Radonyiç, Ben, Peşiç

Ehtiyat oyunçular: Supiç, Gobelyiç, Babiç, Raçiç, Miliyas, Adziç, Srniç

MOİK: Akinfeyev, Fernandes, Vasin, V. Berezutski, Vernblum, Kuçayev, Natxo, Qolovin, Dzaqoyev, Vitinyo, Musa

Ehtiyat oyunçular: Pomazun, İqnaşeviç, Milanov, Nababkin, Bıstroviç, Çalov, Qordyuşenko

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>