“Azərbaycanda vərəm xəstəliyinə qarşı mübarizə sahəsində mühüm addımlar atılıb”

"Azərbaycanda vərəm xəstəliyinə qarşı mübarizə sahəsində mühüm addımlar atılıb, xüsusi dövlət proqramları qəbul olunub. Ölkəmizdə 80-ə yaxın ixtisaslaşmış vərəm mərkəzləri və müxtəlif xəstəxanalar fəaliyyət göstərir".

Milli.Az report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva Avronest PA-nın Sosial komitəsinin Tbilisidə keçirilən iclasındakı çıxışı zamanı bildirib.

S.Vəliyeva Azərbaycanda xəstəliyə qarşı mübarizə sahəsində görülmüş işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verib: "İndi vərəmə qarşı mübarizə metodları yeni qaydada həyata keçirilir, dərman preparatları xəstələrə pulsuz paylanılır. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Milli Vərəm Proqramı" xəstəliyə qarşı mübarizəyə ayrılan xüsusi diqqətin ifadəsidir".

Deputat deyib ki, spesifikliyinə görə vərəm digər xəstəliklərdən fərqlənir və çətin müalicə olunan xəstəliyin yayılma ehtimalı böyükdür: "Onun yayılması daha çox ağır sosial həyat şəraiti, müharibələr və ərzaq çatışmazlığı ilə əlaqədar olur. Azərbaycanda xəstəliyin yaratdığı problemlərin qarşısının alınması üçün səmərəli tədbirlər görülür. Penitensiar xidmətdə də vərəm mərkəzi və xəstəxanası yaradılmasını beynəlxalq təşkilatlar yüksək qiymətləndirirlər". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>