Ağdamda kabel oğruları tutuldu – ​VİDEO – FOTO

Ağdam rayon sakini Atapur İsmayılın idarə etdiyi "VAZ 2106" markalı avtomobil saxlanılarkən oradan müxtəlif ölçülərdə mis kabel aşkarlanıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Ağdam polisinin apardığı araşdırmalar zamanı məlum olub ki, İ.Atapur bu işdə Ağcabədi rayon sakini Məmmədbağır Misirovla əlbir imiş. Onlar birlikdə İmamqulubəyli, Quzanlı, Eyvazlı, Xındırıstan və Üçoğlan kəndlərində quraşdırılmış, Ağdam Mexaniki Suvarma İdarəsinin balansında olan 28 ədəd subartezian quyularının elektrik naqillərini kəsərək oğurlayıb.

Oğurlanan mis kabelin bir qismi saxlanılan şəxslərin həyətindən maddi sübut kimi götürülsə də, bir qisminin Tərtər rayonunda yerləşən əlvan metalların qəbulu sexinə satdıqları müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam edir. Polis saxlanılan şəxslərin digər cinayətlərdə iştirakını da istisna etmir.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Ağdamda kabel oğruları tutuldu

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>