Aktrisanın bacısı bağ evində ölü tapıldı -

İllərdir aralarında problem olduğu deyilən Sarah Cessika Parker ilə Kim Kattrall arasında yeni bir qalmaqalın əsası qoyulub.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Sex and the City" serialında həmkar olan cütlükdən Kim Katrallın 55 yaşlı bacısı bir neçə gün öncə bağ evindən ölü tapılıb.

Hadisədə sonra Sarah Cessika Parker instagram-da Kattralla başsağlığı verib. Ancaq məşhur aktyorun Parkerin mesajına cavabı xeyli sərt olub.

61 yaşlı Kattrall keçmiş film həmkarına hər kəsi şok edən bir cavab yazıb:

"Anam "Bu iki üzlü Sarah Cessika Parker səni nə zaman rahat buraxacaq?" deyə soruşdu. Mənimlə əlaqə yaratmağın, nə qədər amansız biri olduğunu mənə xatırladır. Bunu açıqlayım - Sən mənim rəfiqəm və ya ailə üzvüm deyilsən. Sənə son dəfə cavab yazıram. "Yaxşı qız" imicini artırmaq üçün bizim vəziyyətimizi dramatikləşdirməkdən əl çək."

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>