Cəfər Cabbarlının qızı dəfn olundu – YENİLƏNİB

15:25

"Təzə pir" məscidində Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə vida mərasimi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, mərhumun ailə üzvləri və başqa şəxslər iştirak ediblər.

Vida mərasimindən sonra G. Cabbarlı Yasamal qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, 1930-cu ildə anadan olan G. Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib. 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

G. Cabbarlı fevralın 12-də dünyasını dəyişib.

Hazırda Cəfər Cabbarlının ev – muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir. 

———

14:19

Dramaturq, şair və nasir Cəfər Cabbarlının qızı, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

Milli.Az-ın məlumatına görə, bu barədə report-a açıqlamasında Gülarə Cabbarlının oğlu Bəhlul Seyfəddinoğlu məlumat verib.

O qeyd edib ki, mərhum saat 14:30-da Mətbuat prospektində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn olunacaq:

"Neçə vaxt idi ki, ürəyində problemlər var idi. Sırağagün 88 yaşı tamam oldu. Vəsiyyətində xalqa, övladlarına əmin-amanlıq arzu etdi. Deyirdi ki, atam qədər yaşamasınlar, atamın əsərləri qədər ömürləri olsun". 

Xatırladaq ki, G.Cabbarlı bu gün vəfat edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>