Azərbaycanın xalq artisti vəfat etdi – YENİLƏNİB

15:50

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, K. Vəzirovun cənazəsi sabah saat 11:00-da Neapol küçəsi 1 ünvanından – yaşadığı evdən götürüləcək. 

Şöbədən bildirilib ki, K. Vəzirov Yasamal qəbiristanlığında dəfn olunacaq.

———-

13:30

Xalq artisti Kamil Vəzirov vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məşhur qarmon ustasının ölüm xəbəri sosial şəbəkədə yayılıb.

O, bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, Kamil Vəzirov mərhum kamança ustası, əməkdar artist Ədalət Vəzirovun qardaşı olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>