Azərbaycan Gürcüstan parlamentləri arasında memorandum imzalanıb – FOTO

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Tbilisidə Gürcüstan parlamentinin Gənclər və idman komitəsinin sədri Mixeil Kavelaşvili ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

Milli.Az xəbər verir ki, bu barədə komitə sədri özünün twitter səhifəsində bildirib.

F.Muradov komitələr arasında əməkdaşlıq memorandumunun imzalanmasının böyük əhəmiyyəti olduğunu vurğulayıb: "Bu sənədin imzalanması ilə komitələr arasında əməkdaşlıq daha sıx olacaq". 

M.Kavelaşvili isə öz növbəsində Gürcüstanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini deyib: "Memorandum parlament komitələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək".

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      
 

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>