Yerevanda deputatlar dava etdilər -

Yerevanda Ağsaqqallar Şurasının (şəhər şurası) iclasında deputatların əlbəyaxa davası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, davaya səbəb müxalif "Yerkir tsirani" partiyasının qaldırdığı məsələ olub.

Qeyd olunur ki, iclas zamanı sakinlərin üfunət qoxusunun yayılması ilə bağlı şikayəti müzakirə olunub. Müxalifətçilər isə həmin bölgədən çirkab suların doldurulduğu bankanı iclasa keçirməyə və onu Yerevanın meri Taron Marqaryana təqdim etməyə çalışıblar.

Nəticədə deputatlar arasında dava başlayıb. Davada qadınlar da iştirak edib.

Hadisə ilə əlaqədar iclasın işi yarımçıq dayandırılıb.

Milli.Az