Dünyada ilk dəfə: robot qapını

ABŞ-dakı "Boston Dynamics" şirkətinin istehsal etdiyi robot "köpək" qapı aça bilir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, robot köpəklər olduqları otaqdan çıxmaq üçün bir-birlərinə yardım edirlər.

Robot "köpək"lərdən birinin qapını açmaq üçün manipulyatoru olmadığından "yardım" istəyir.

Ona digər robot "it" yardım edir, qapını açır. Bundan sonra robotların ikisi də otaqdan çıxıb qaçırlar.

"Boston Dynamics" YouTube kanalında paylaşdığı "Hey Buddy, Can You Give Me a Hand?" adlı bu videoya artıq 685 min nəfər baxıb.

"Boston Dynamics" şirkəti indiyədək salto vura bilən "Atlas" humanoid robotounu, "BigDog" adlı "buzov"u, "Spot Robot"u və miniatür "SpotMini"ni hazırlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyada ilk dəfə: robot qapını açıb qaçdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>