Hindistan hökuməti “Google”u cərimələdi

Hindistanın rəqabət üzrə Komissiyası (CCİ) ABŞ-ın "Google" şirkətini 1,36 rupi (21 milyon dollar) məbləğində cərimələyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, səbəb şirkətin ümumi online axtarış və reklam xidmətlərinin axtarışı seqmentində dominant mövqeyindən sui-istifadə etməsidir. "Müəyyən olunub ki, "Google" axtarışın təhrif olunması praktikasını tətbiq edib, bu isə həm rəqiblərə, həm də istifadəçilərə zərər vurur", – deyə komissiyanın açıqlamasında bildirilir. 

Məlum olub ki, "Google" Hindistanda axtarış sorğularını öz xidmətlərinə yönləndirirmiş.

Xatırladaq ki, ötən il Avropa İttifaqı eyni səbəblə "Google"u 2,42 milyard avro məbləğində cərimələyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>