Gədəbəydə dönərçini döydülər – VİDEO – FOTO

Gədəbəy rayonunda döyülmə faktı qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə rayonun mərkəzində baş verib.

Rayon sakini 29 yaşlı İbrahim Abdullayev dönərxada iki nəfər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Zərərçəkən İbrahim Abdullayev xeyli müddətdir Gədəbəy rayonunun mərkəzində dönər hazırlayıb satmaqla məşğul olur. Həmin şəxslər də sözügedən obyektə onun hazırladığı dönərdən yemək məqsədi ilə gəliblər. İstədikləri qidanı daddıqdan sonra ödəniş əvəzinə dönərçiyə xəsarət yetiriblər.

İbrahim Abdullayev – Zərərçəkən: "Axşam tərəfi idi. Saat 6 olardı. İki nəfər sərxoş halda gəldi. Dönər yedilər pulu vermək üstündə mübahisə yarandı. Dalaşanda mən aralamaq məqsədi ilə yaxınlaşdım, o da məni vurdular".

Hələlik dönərçinin döyən şəxslərin kimlikləri məlum deyil.

Faktla bağlı Gədəbəy rayon polis şöbəsinin təhqiqatçıları tərəfindən araşdrıma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>