Xalq artisti həyatının ən böyük səhvini ETİRAF ETDİ:

Xalq artisti Firəngiz Mütəllimova "Üç nöqtə"-nin layihəsində yarımçıq qalan sualları cavablandırıb.

Milli.Az xalq artistinin müsahibəsini təqdim edir:

İndiki ağlım olsaydı…
– Elə bir ciddi səhvə yol verməmişəm, amma indiki ağlım olsaydı, valideynlərimin sözlərinə qulaq asardım, 21, 22 yaşımda ailə qurardım.

Dünyanı dəyişmək imkanım olsaydı…
– Hazırda məni ən çox dünyada baş verən iqtisadi böhran, devalivasiya və dolların qalxıb-enməsi narahat edir. İmkanım olsaydı, bu dəyişikliklərin qarşısını alardım, stabil saxlayardım.

Kişilər o qadınlara xəyanət etmir ki…
– Hissiyatı güclü olan və xəyanəti sevməyən xanımları kişilər aldada bilmir. Çünki onları itirməkdən qorxurlar.

Seviləsi qadın olmağın ilkin şərti…
– Ağıllı olmaq lazımdır, eyni zamanda gözəl yemək bişirməyi bacarmalı və gülərüz olmalısan.

Qadınlar göz yaşını ona görə gizlədir ki…
– Qürurlu olduqları üçün zəif cəhətlərini göstərmək istəmirlər.

Qadına qarşı şiddət…

- Belə xəbərlər eşidəndə çox pis oluram. Allah qadını elə zərif yaradıb ki, ona qarşı şiddət cinayətdir.

Təəssüf edirəm ki…
– Şuşanın və Qarabağın olmamağına təssüf edirəm. Ata-baba yurdumu ancaq yuxularda görürəm, orada keçirdiyim günlər tez-tez xəyallarımda canlanır.

Vanqa nənə ilə görüşsəydim…
– Vanqa yaşamır, görüşsəydim də, heç nə soruşmazdım, ancaq Allaha inanıram.

Küsülü olduğum insana demək istəyirəm ki…
- Küsülü olduğum insan yoxdur.

Tənhalıq insan üçün lənətdir, yoxsa…
– Lənət deyil, Allah hərəyə bir həyat yazıb, yazılan ömrü də yaşamalıyıq. Bu yazını heç kim poza bilməz. Təklikdən qorxmuram, əksinə rahat oluram.

Kiminsə yalan danışdığını hiss edəndə…
– Baxıb gülümsəyirəm, ürəyimdə "Mənə də yox da" deyirəm.

Allah insanları ona görə qeyri-bərabər yaradıb ki…
– Hər kəs eyni olsaydı, həyat maraqsız olardı.

Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə…
- Ümid edirəm.

Günahlarım yadıma düşəndə…
– Böyük günah sahibi olmamşam, kiçik günahlarım olub. Hər axşam Allaha dua edirəm ki, mənim və ailə üzvlərimin günahlarını bağışlasın.

Dostlarıma ən çox onu məsləhət görürəm ki…
– Qənaətcil olsunlar, özüm bədxərcəm, ən çox geyimə pul xərcləyirəm. Təəssüf ki, bu xasiyyətimi düzəldə bilmirəm.

İlahi ədalətə inancımı o zaman itirdim ki…
– Heç vaxt itirməmişəm.

Heç vaxt heç kimə icazə vermirəm ki…
– Mənə yalan danışsınlar.

O zaman düşünmədən riskə gedirəm ki…
– Ümumiyyətlə, riskə getməyi sevirəm. Başqa çıxış yolum qalmayanda riskli addımlar atıram. Beyin əməliyyatı həyati təhlükə deməkdir, yaddaşımı itirə, hətta iflic ola bilərdim. Mən yenə də gülə-gülə əməliyyata girdim, nələrə qol çəkdim getdim… Şükürlər olsun ki, bu risk uğurla nəticələndi.

Hər dəfə çıxılmaz vəziyyətə düşəndə…
– Qoç bürcüyəm, ağlım yaxşı işləyir. Belə situasiyalarda ağlımı işlədirəm.

Yaxşı gündə, pis gündə…
– Ailəm yanımda olsun.

Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı idi.
– Minnətdaram.(publika.az)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>