Mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sabirabadda mağazadan oğurluq olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, fevralın 7-də Sabirabad rayon sakini Əvəz Muradov Sabirabad RPŞ Qaragüney PB-nə ərizə ilə müraciət edərək bir gün əvvəl ona məxsus mağazadan oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar həmin ünvana gələn Qaragüney PB-nin əməkdaşları müvafiq tədbirlər keçiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, mağazadan 1000 manat dəyərində telefon danışıq kartları və 580 manat dəmir pul oğurlanıb.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslərin paytaxtın Xətai rayonu ərazisində olmaları müəyyən edilib. Xətai RPİ 35-ci və Sabirabad RPŞ Qaragüney Polis Bölmələrinin əməkdaşlarının birgə keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Əlisa Nərimanov, Tovuz rayon sakini Pirqulu Hüseynov və Biləsuvar rayon sakini Nüslət Həsənəliyev saxlanılıblar.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər.

Oğurladıqları telefon danışıq kartlarının müəyyən bir qismi isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>