Zərərçəkən qəzadan danışdı: “Qırmızıdan keçəndə vurdu” – VİDEO – FOTO

Bakıda zəncirvari qəza baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Emil Bəkirov idarə etdiyi "Toyota" markalı avtomobil ilə 28 May küçəsi ilə yüksək sürətlə hərəkət edərək, Rəşid Behbudov küçəsində işıqforun qırmızı işığında yolu keçib.

Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi işıqforun yaşıl işığında yolu keçən, Rzayev Rafiqin idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Mercedes" yol kənarında dayanan "VAZ 2104" və "Mercedes"-ə çırpılıb.

Toqquşma zamanı "Mercedes"in ön oturacağında əyləşən sərnişin açıq pəncərədən yerə düşərək xəsarət alıb. Bundan başqa, R.Rzayev və digər sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Rafiq Rzayev – Zərərçəkən: "Mən yaşıldan keçirdim. O da Qırmızıdan keçəndə gəldi vurdu. Toqquşmadan sonra sərnişin pəncərədən yerə düşdü"

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zərərçəkən DƏHŞƏTLİ QƏZAdan danışdı:

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>