Biləsuvar rayon sakini intihara cəhd edib.
Milli.Az "Report"a istinadən bildirir ki,1975-ci il təvəllüdlü Xırmandalı kənd sakini Həsənov Zaur Əli oğlu damarlarını kəsib.
Yaralı dərhal "təcili tibbi yardım" maşını ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, ona ilkin tibbi yardım göstərilib. Z.Həsənovun özünə hansı səbəbdən xəsarət yetirməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: milli.az