Ukraynada əcnəbilər üçün seks-turlar təşkil edən azərbaycanlı saxlanılıb

Ukraynada Türkiyədən Xarkov şəhərinə turist axınları təşkil edən 24 yaşlı azərbaycanlı həbs ediləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, gənc "işbaz" internetdə türklər üçün tanışlıq saytı yaradaraq, orada həftə sonuna nəzərdə tutulmuş seks-turların təşkili üzrə elanlar yerləşdirirmiş.

Məlumata görə, tam bir il biznes saat kimi işləyib – gənc oğlan kafe və gecə klublarında ehtiyacı olan qızları axtarır və onlara asan qazanc yolu təklif edirmiş. Türk dilini bilən azərbaycanlı öz müştəriləri ilə müstəqil şəkildə yazışırmış. Qonaqları hava limanında qarşılayan "işbaz" onları Xarkov hotellərində yerləşdirir, sonra isə yerli qadınların iştirakı ilə əyləncə proqramı təşkil edirmiş. Sonra qonaqlara seksual xidmətlərə görə qiymət cədvəlini təqdim edən işbaz pulunu alaraq, qızlarla da hesablaşırmış.

Hazırda 24 yaşlı "işbazı" 4 ildən 7 ilədək həbs cəzası gözləyir. Araşdırma getdiyi dövrdə istintaq təcridxanasına yerləşdirilən gənc oğlan 225 000 qriven (7800 manat – red.) qarşılığında zaminə buraxıla bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>