Biləsuvarda duman problemlər yaradıb – FOTO

Biləsuvarda dumanlı hava şəraiti nəqliyyat vasitələrinin hərəkətində qismən problemlər yaradıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Nəticədə rayon ərazisində və eyni zamanda Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.

Sözügedən ərazilərdə bu dəqiqəyə olan məlumata görə, hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>