Şəkidə yaşayış evi yanıb, bir yaşlı uşaq yanıq xəsarəti alıb

Şəkidə fərdi yaşayış evində yanğın olub, bir yaşlı uşaq yanıq xəsarəti alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 18:50 radələrində rayonun Şin kəndində, kənd sakini Əmrullah Ramazan oğlu Kazımova məxsus, ümumi sahəsi 180 kv/m olan birmərtəbəli 3 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

FHN-nin Şəki rayon DYMH-dən APA-ya verilən məlumata görə, yanğın nəticəsində 25 kv/m-lik bir otağın yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə və şüşəbəndin tavanı 24 kv/m-lik sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Özcan Samir oğlu Kazımov üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>