6 qaçqının Alp dağları ilə təhlükəli yolu – FOTO

Reuters agentliyi yanvar ayında Alp dağlarını aşaraq İtaliyadan Fransaya çatmağa çalışan bir qrup qaçqın miqrantın təhlükəli səyahəti barədə görüntülər yayıb.

Reyters 6 qaçqından ibarət miqrant qrupunun mənfi 9 dərəcə olan şaxtalı havada hərəkət etdiyini qeyd edərək, qaçqınların əyin-başının şaxtalı havaya uyğun olmayan dərəcədə yüngül olduğunu qeyd edir.

Alpleri aşan mülteciler

Qaçqınlardan qvineyalı Abdullhai deyib ki, 3 uşağı və arvadının qaldığı vətənindən Alp dağlarına evinden çatmaq üçün 3 il sərf edib.

O, ümid edir ki, tezliklə getdiyi yerə çatacaq: "Qvineyada mənim üçün, uşaqlarım üçün bir gələcək yoxdur. O gələcəyi burada, Avropdada əldə edə bilərik".

Alpleri aşan mülteciler

2015-ci ildə Yaxın Şərqdən və Afrikadan Avropaya bir miyondan çox qaçqın gəlib.

2016-cı ildə qayıqlarda Avropaya çatanların sayı 363,504 nəfər olub, 2017-ci ildə isə onların sayı təxminən ikiqat azalıb.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, yalnız İtaliyaya çatmaq istəyənlərin arasında həyatını itirənlərin sayı 20 minə yaxındır.

Alpleri aşan mülteciler

Reuters-in danışdırdığı qaçqınlardan qvineyalı 28 yaşlı Kamarra bildirib ki, "Liviyada aylarca əsir kimi saxlanılıb, qul kimi, pulsuz, işləməyə məcbur edilib" .

Alpleri aşan mülteciler

Qrup üzvləri yol üstündə qarşılarına çıxmış mağarada istirahət üçün dayanacaq qurub, od qalayaraq istisində qızınıblar.

Alpleri aşan mülteciler

Reuters qeyd edib ki, qrupun 6 üzvündən heç biri müxbirə soyadlarını açıqlamaq istəməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>