“EXPO-2025″ə ev sahibliyi üçün 3 namizəd qaldı -

Fransa "EXPO-2025" Ümumdünya Sərgisinə ev sahibliyi etmək uğrunda mübarizədən rəsmən imtina edib.

Trend-in "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, bu barədə yerli "Journal du Dimanche" qəzetində bildirilir.

Fransanın baş naziri Eduard Filipin sərginin təşkilat komitəsinə yazdığı məktubda bildirilir ki, bu qərara maliyyə vəziyyəti səbəb olub.

Parisin imtinasından sonra 2025-ci ildə ümumdünya sərgisinin keçirilməsi uğrunda üç namizəd şəhər – Bakı (Azərbaycan), Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) mübarizəni davam etdirir. Qalib 2018-ci ilin noyabrında elan olunacaq.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>