Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqladı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin əyalətində quru əməliyyatı yanvarın 21-də başlaya bilər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yanvarın 20-də Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

"Aviasiyamız nəzərdə tutulmuş hədəflərin əksəriyyətini məhv edib. Sabah, (yanvarın 21-də-red.)  şəraitdən asılı olaraq, quru qoşunlarımız lazımi işi görəcək. Onlar Azad Suriya Ordusu ilə birgə əməliyyat keçirəcək", – deyə B.Yıldırım qeyd edib.

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb. 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>