Terrorçular Kabildə hoteldə insanları girov götürüblər -

23:51

Əfqanıstanın paytaxtı Kabildəki "Intercontinental Hotel"-ə hücum zamanı ölən və yaralananların sayı 35 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə yerli "1TV" telekanalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil. Bildirilir ki, hücum edənlərdən biri zərərsizləşdirilib. Otelin ikinci mərtəbəsi alova bürünüb.

Daha əvvəl bildirilirdi ki, silahlılar bir neçə nəfəri girov götürüb. Müxtəlif məlumatlara görə, hücum edənlər 3 və ya 4 nəfər olub. 

Ölkənin Daxili İşlər Nazirliyi hücum faktını təsdiqləyib. Polis binanın ərazisini əhatəyə alıb. Təhlükəsizlik orqanlarının əməkdaşları silahlılarla atışmaya başlayıb.

23:47

Əfqanıstanın paytaxtı Kabil şəhərində bir qrup silahlı şəxs hotelə hücum edib və insanları girov götürüblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın daxili işlər naziri bildirib.

Hücum zamanı terrorçu-kamikadzelərdən də istifadə olunub.

Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>