WhatsApp pulköçürmələri sistemini sınayır

Ötən ilin aprelində məlum olmuşdu ki, "WhatsApp" Hindistanda P2P pulköçürmələri sistemini istifadəyə verməyə hazırlaşır. Bu yaxınlarda məlum olub ki, "WhatsApp" messencerinə sahib olan "Facebook" şirkəti bu funksiyanı sınaqdan keçirməyə başlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, pulköçürmələri sistemi "Unified Payments Interface" (UPI) interfeysi üzərində qurulub. Bu interfeys bank hesabları arasında pulköçürmələrini ödənişsiz həyata keçirməyə imkan verir. İlkin mərhələdə mesajlarla mübadilə servisi yalnız istifadəçilər arasındakı ödənişləri dəstəkləyəcək.

Gələcəkdə "WhatsApp", ehtimal ki, pulköçürmələri sistemi əsasında ödəmə sistemi yaratmağı planlaşdırır, çünki məhz belə sistem şirkətə real pul qazandıra bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>